Bakının Üzeyir Hacıbəyli küçəsinin Kövkəb Səfərəliyeva küçəsi ilə kəsişməsinədək olan hissəsində hərəkət zolaqlarının sayı artırılaraq 5-ə çatdırılıb.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, bununla da həmin hissədə yolun buraxıcılıq qabiliyyəti artırılıb.
Qeyd edilib ki, vətəndaşların müraciətləri nəzərə alınaraq bu yol sahəsində hərəkət optimallaşdırılıb.

Şərhlər
Hansısa mümkün optimal nəqliyyat axınına görə hər istifadəçi məmnunluqla minnətdar olacaqlar? Ancaq, bir milyonluq əhali, yüz min optimal minik avtomobili tutumlu Bakını üz dəfə çox əhali və on dəfə çox avtomobil nəqli tıxacı kimi Xəzər gölünə tıxacdan çox *paz* təhlükəsinə (iflicə) gətirməyibmi? Tutaq ki, əhalinin 68%nə iş yeri oldusa, davamiyyət necə olacaq-yarım paralic?
Yolun eni eynidirsə! Zolaqların sayın artıranda nə dəyişir ki!!!!!!!