İran Məclisinin sədri Məhəmməd Baqir Qalibaf ABŞ və İsrailin İrana qarşı quru əməliyyatı keçirə biləcəyi ilə bağlı iddialara münasibət bildirib. 

Qalibaf ölkədə elan olunan səfərbərlik çərçivəsində artıq 7 milyon nəfərin qeydiyyatdan keçdiyini açıqlayıb.

O, çıxışında şəxsi həyatına da toxunaraq bildirib ki, müharibə onun ailəsinə ağır itkilər yaşadıb. Qalibaf qardaşı Həsənin döyüşlərdə həlak olduğunu deyərək bu acının ömür boyu davam edəcəyini vurğulayıb.

İran rəsmisi ölkəsinin müharibə istəmədiyini, lakin hücum olacağı təqdirdə hər bir vətəndaşın vətənini müdafiəyə qalxacağını bildirib. Onun sözlərinə görə, İran xalqı vətən uğrunda hər cür fədakarlığa hazırdır.

"AzPolitika.info"