Menu

Moldova MDB-dən çıxmaqla bağlı prosedurları yekunlaşdırır

02.04.2026, 19:06
Moldova MDB-dən çıxmaqla bağlı prosedurları yekunlaşdırır

Moldova parlamenti yekun oxunuşda Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılması barədə sazişin və Birliyin Nizamnaməsinin denonsasiyası ilə bağlı qanun layihələrini qəbul edib.

Bu barədə “Moldpres” məlumat yayıb.

Məlumata görə, qanun layihələri parlament tərəfindən təsdiqləndikdən sonra Moldova Prezidenti onları imzalayacaq və Xarici İşlər Nazirliyi MDB İcraiyyə Komitəsinə göndərəcək.

Beləliklə, Vyana Konvensiyasına əsasən, MDB-dən çıxmaq 12 ay ərzində yekunlaşacaq. /"Apa" 

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol