Menu

Tramp İranda körpüləri və elektrik stansiyalarını məhv etməklə hədələyib

03.04.2026, 10:39
Tramp İranda körpüləri və elektrik stansiyalarını məhv etməklə hədələyib

ABŞ-ın İranda növbəti hədəfləri körpülər və elektrik enerjisi obyektləridir.

APA xəbər verir ki, bu barədə ABŞ Зrezidenti Donald Tramp “Truth Social” platformasında yazıb.

“Bizim ordumuz, hansı ki, dünyada ən güclüsüdür, hətta İranın qalan hissəsini məhv etməyə başlamayıb. Növbədə körpülər, sonra isə elektrik enerjisi təsisatları var. Yeni rejim nə edilməli olduğunu bilir və bu tez bir zamanda edilməlidir”, - Tramp vurğulayıb.

Qeyd edək ki, dünən ABŞ İranın Kərəc bölgəsində B1 körpüsünə zərbə endirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol