Menu

"Rusiya "Pasxa atəşkəsi"nə hazır deyil" - Zelenski

03.04.2026, 13:39
"Rusiya "Pasxa atəşkəsi"nə hazır deyil" - Zelenski

Ukrayna Moskvanın qeyri-müəyyən cavabına baxmayaraq, “Pasxa atəşkəsi” təklifini geri götürmür.

“RBK-Ukrayna” xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski jurnalistlərə bildirib.

“Pasxa ilə bağlı atəşkəs təklifimiz qüvvədə qalır”, – Ukrayna lideri vurğulayıb.

O qeyd edib ki, Moskvanın Pasxa münasibətilə atəşkəs təklifinə reaksiyası qeyri-müəyyən olaraq qalır: “Biz hamımız onların mediada verdiyi cavabı gördük: sanki buna hazır deyillər. Bunun nə dərəcədə ciddi cavab olduğunu bilmirəm”.

Ukrayna lideri əlavə edib ki, Kiyev artıq öz mövqeyini Amerika tərəfinə çatdırıb. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol