Menu

Kreml şərtlərini açıqlayıb

03.04.2026, 14:06
Kreml şərtlərini açıqlayıb

“Xüsusi hərbi əməliyyat”ın qaynar mərhələsinə son qoymaq üçün Ukrayna qoşunlarını Donbasdan çıxarmalıdır.

APA-nın Moskva bürosu xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiya bunun üçün Ukraynaya heç bir son tarix qoymayıb.

Peskov vurğulayıb ki, Rusiya bütün göstərilən məqsədlərə çatana qədər xüsusi hərbi əməliyyatı davam etdirəcək.

Kremlin sözçüsü Kiyevin qoşunlarını Donbasdan "bu gün, ya da daha yaxşısı, dünən" çıxarmalı olduğunu əlavə edib:

"Ukraynanın qoşunlarını Donbasdan çıxarması münaqişənin siyasi və diplomatik yolla həllinə keçidi asanlaşdırardı".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol