Menu

İran tərəfindən vurulan ABŞ qırıcısının pilotu əsir götürülüb

03.04.2026, 16:01
İran tərəfindən vurulan ABŞ qırıcısının pilotu əsir götürülüb

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) vurulan ABŞ-yə məxsus qırıcının pilotunun əsir götürüldüyünü bəyan edib.

"Report" xəbər verir ki, bu barədə SEPAH-ın teleqram kanalındakı məlumatında qeyd edilib.

"ABŞ-nin İran Silahlı Qüvvələri tərəfindən vurulmuş qırıcısının pilotunu "Black Hawk" və "Hercules-130" helikopterləri vasitəsilə xilas etmək cəhdləri uğurla nəticələnməyib", - məlumatda qeyd olunub.

Daha əvvəl SEPAH məlumat yaymışdı ki, hava hücumundan müdafiə vasitələri 24 saat ərzində iki ABŞ qırıcısını vurub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol