İran ABŞ-yə məxsus F-15 döyüş təyyarəsini vurub.
İran İnqilab Keşikçiləri Korpusunun yaydığı ilkin məlumatda bildirilib ki, təyyarə ölkənin mərkəzi səmasında yerləşən inkişaf etmiş hava hücumundan müdafiə sistemi tərəfindən məhv edilib.
Hadisədən sonra İran mediası vurulan təyyarənin qalıqlarına aid fotolar yayıb. ABŞ rəsmilərindən biri də təyyarənin vurulduğunu təsdiqləyərək onun F-15E modeli olduğunu bildirib. Məlumata görə, iki pilotdan biri xilas edilib.
Digər tərəfdən, "The New York Times" nəşri Bəsra körfəzi bölgəsində ABŞ-yə məxsus ikinci bir A-10 “Warthog” təyyarəsinin də qəzaya uğradığını iddia edib. ABŞ rəsmilərinə istinadən verilən xəbərdə tək olan pilotun xilas edildiyi qeyd olunub.
"AzPolitika.info"

Şərhlər