Milli Məclisin Təbii ehtiyyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Qarabağ Universitetinə 100 kitab hədiyyə edib.
Bu barədə deputat sosial şəbəkədə məlumat paylaşıb.
S.Qurbanov yazır:

“Ümummilli lider Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” tezisi və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təhsilin inkişafını prioritet istiqamət kimi müəyyənləşdirməsi elmə və biliyə verilən dəyərin strateji mahiyyətini aydın şəkildə ifadə edir.
UNEC-də Elm Günü münasibətilə keçirilən tədbirdə rektor, professor Ədalət Muradovun Qarabağ Universitetinə şəxsi kitabxanasından 500 yeni kitab hədiyyə etməsi təşəbbüsü yüksək ziyalı məsuliyyətinin və elmi-mədəni dəyərlərə bağlılığın bariz nümunəsidir. Bu addım milli təhsil sisteminin inkişafına və Qarabağda intellektual mühitin formalaşdırılmasına mühüm töhfə kimi qiymətləndirilməlidir.
Frensis Bekonun “Bilik gücdür” fikri kitabın cəmiyyətin inkişafında və insanın intellektual formalaşmasında əsas mənbə olduğunu dəqiq ifadə edir.
Qarabağ Universitetinin kitabxanasının zənginləşdirilməsi diqqət mərkəzində saxlanılmalı və bu istiqamətdə təşəbbüslər ardıcıl xarakter almalıdır.
Mən də hörmətli Ədalət müəllimin bu təşəbbüsünə qoşularaq şəxsi kitabxanamdan Qarabağ Universitetinin kitabxanasına 100 yeni kitab hədiyyə edirəm”.
“AzPolitika”

Şərhlər
Yaxşı olardı ki, deputatın bağışladığı kitabların heç olmasa bir neçəsinin adı da açıqlanardı. Bilmək istəyirik ki, bağışlanan kitablar universitetin təmayülünə_ tədris istiqamətinə uyğundur ya yox? Yoxsa Vladimir İliç Leninin məşəqqətli həyatına dairdir?