Menu

"Trabzonspor" öz meydanında "Qalatasaray"ı məğlub edib

04.04.2026, 23:50
"Trabzonspor" öz meydanında "Qalatasaray"ı məğlub edib

Türkiyə Super Liqasında XXVIII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, bu gün liderlərin matçı baş tutub.

"Trabzonspor" "Qalatasaray"ı qəbul edib. Görüş meydan sahiblərinin üstünlüyü ilə başlayıb. Paul Onuaçu hesabı açıb.

İkinci yarıda Vilfred Sinqo hesabı bərabərləşdirib. Lakin Çibuke Nvaivu Qara Dəniz təmsilçisinə qələbə qazandıran qolu vurub - 2:1.

Qeyd edək ki, "Qalatasaray" 64 xalla birinci, "Trabzonspor" 63 xalla ikinci pillədə qərarlaşıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol