Menu

Uşaq bağçasının sabiq müdiri rüşvət almaqda ittiham edilir

06.04.2026, 12:36
Uşaq bağçasının sabiq müdiri rüşvət almaqda ittiham edilir

Zaqatalada vəzifəli şəxsinin qanunsuz əməlləri ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Zaqatala rayon prokurorluğundan verilən məlumata görə, Zaqatala şəhəri Aydın Əhmədov adına 6 saylı körpələr evi və uşaq bağçasının sabiq müdiri Lətifə Hasilovanın qanunsuz əməllərinə dair rayon prokurorluğunda başlanmış cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstintaq zamanı Lətifə Hasilovanın qeyd olunan vəzifədə işlədiyi dövrdə rəhbərlik etdiyi müəssisəyə işə qəbul olunması məqsədilə ümumilikdə 10 nəfərdən külli miqdarda pul vəsaitini rüşvət qismində alması və digər qanunsuzluqlar törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Toplanmış sübutlar əsasında Lətifə Hasilovaya Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3-cü (təkrar və külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.

Cinayət işi üzrə ibtidai istintaq başa çatdırılaraq ittiham aktı ilə baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Şərhlər

Eli 2026-04-06 14:55:46

Nehayet ki,Edalet Zefer çaldı:"Ölkede korrupsiyanın menbeyi müeyyen edildi-bu mehz körpeker evi imiş"İcra strukturlaru,hüquq mühafize orqankarı,büdceden maliyyeleşen iri dövlet qurumkarı yox mehz körpeler evi"Nehayet ki xalqımız ve dövletimiz inkilaf yoluna çuxacaq.Yaşasın hüqüq mühafise orqanları,redd olsun köroeler evi.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol