Menu

ABŞ və İsrail ordusunun həssas mövqelərinə zərbələr endirilib - SEPAH

06.04.2026, 15:17
ABŞ və İsrail ordusunun həssas mövqelərinə zərbələr endirilib - SEPAH

İran ABŞ və İsrailə məxsus hərbi obyektlərə qarşı raket hücumları təşkil edib.

İran mediasının xəbərinə görə, bununla bağlı SEPAH-ın İctimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Bildirilib ki, 98-ci raket hücumu dalğasında ABŞ və İsrail ordusunun komanda, əməliyyat, logistika mərkəzləri və hərbi-sənaye obyektləri hədəfə alınıb.

Bu gün səhər isə SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin İsrailə məxsus "SDN7" konteyner gəmisinə raket hücumu nəticəsində gəmidə yanğın baş verdiyi əlavə edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol