Menu

I rübdə dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib

07.04.2026, 11:57
I rübdə dövlət və icmal büdcələrin gəlirləri proqnozu üstələyib

2026-cı ilin yanvar-mart aylarında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 265 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb.

Bu barədə Maliyyə Nazirliyindən məlumat verilib.

Cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 9 599 milyon manat təşkil edib ki, bu da proqnozu 458,9 milyon manat və ya 5 faiz üstələyib.

Yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 8 012,5 milyon manat proqnoza qarşı 7 817,1 milyon manat məbləğində icra edilib ki, bu da 97.6 faiz təşkil edir.

2026-cı ilin yanvar-mart ayları ərzində icmal büdcənin gəlirləri 8 852,6 milyon manat, xərcləri isə 9 043,6 milyon manat məbləğində icra edilib.

Şərhlər

Azər 2026-04-07 12:27:01

Bu imkan verir ki minumum əmək haqqı 5 00 manat,gəlir vergisininazaldilmasi.yəni 10090 man qədər10Faiz,2000 man qədər əmək haaqindan11faiz,3000 man əmək haqqının 12 faizi vergi tutulsun 3 uşağı olanlara güzəştlər tətbiq edilsin

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol