ABŞ senatoru Tom Kotton ABŞ ordusunun Yaxın Şərqə əlavə qüvvələr göndərdiyini açıqlayıb. 

Senatorun sözlərinə görə, Arkanzas ştatının 142-ci Sahə Artilleriya Briqadası İran istiqamətinə doğru hərəkətə keçib.

ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatların 39-cu günündə İsrail ordusun İran ərazisindəki enerji obyektlərinə zərbələr endirməyə davam edir.

Məlumatlara görə, davam edən hücumlar nəticəsində bölgədə itkilər artmaqdadır. İranın keçmiş dini lideri Əli Xamenei də daxil olmaqla, ölənlərin sayının 1300-dən çox olduğu iddia edilir. 

İran isə cavab olaraq İordaniya, İraq və Körfəz ölkələrindəki ABŞ obyektlərini hədəf almağa davam edir.

"AzPolitika.info"