ABŞ lideri Donald Trampın İranın enerji infrastrukturunu hədəfə almaqla bağlı xəbərdarlığından sonra Tehranda diqqətçəkən addım atılıb. 

İranın gənclər və idman nazirinin müavini Alireza Rahimi elektrik stansiyalarının ətrafında toplaşmaq barədə çağırış etdikdən sonra yerli xalq həmin ərazilərə axın etməyə başlayıb.

Rəsmilər aksiyanın əsas məqsədinin ABŞ və İsrailin İranın mülki infrastrukturuna yönəlmiş hücumlarının müharibə cinayəti kimi qiymətləndirilməsinə diqqət çəkmək olduğunu vurğulayıblar. Bildirilib ki, sözügedən aksiya yerli vaxtla saat 14:00-da başlayacaq.

"AzPolitika.info"