Menu

İsrail ordusu İranda 8 körpünü vurduqlarını açıqlayıb

07.04.2026, 18:20
İsrail ordusu İranda 8 körpünü vurduqlarını açıqlayıb

İsrailin Baş naziri Benyamin Netanyahu İranda körpü və dəmir yollarının hədəf alınmasını təsdiqləyib.

“Ynet”in xəbərinə görə, Netanyahu bu hücumların getdikcə artan dəqiqliklə davam etdiyini bildirib.

O, bu infrastrukturun SEPAH tərəfindən istifadə olunduğunu əlavə edib.

“Onlar bu infrastrukturu silah-sursatlar üçün xam maddənin, bizə, ABŞ-a və region ölkələrinə hücum edən şəxslərin daşınmasında istifadə edirlər”, - Baş nazir vurğulayıb.

İsrail Müdafiə Qüvvələri isə İranda 8 körpünü vurduqlarını açıqlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol