Menu

Fransa Tehrana qarşı BƏM-dəki şikayətini geri götürüb

07.04.2026, 19:16
Fransa Tehrana qarşı BƏM-dəki şikayətini geri götürüb

Fransa həbsdəki İran vətəndaşı Məhdiyə Esfəndiyarini azad edib.

Bu barədə İran mediası dövlət rəsmilərinə istinadən xəbər yayıb.

Məlumata görə, bu, İranda saxlanılan iki fransızın azadlığa buraxılması və Fransanın Beynəlxalq Ədalət Məhkəməsində İrana qarşı şikayətini geri götürməsi müqabilində baş verib.

Qeyd edək ki, İranda həbsdə olan Fransa vətəndaşları Sesil Kohler və Jak Paris azad edilərək ölkələrinə qaytarılıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol