ABŞ Prezidenti Donald Trampın Hörmüz boğazının açılması müqabilində İranla iki həftəlik atəşkəs elan etməsindən sonra neftin bir barelinin qiyməti 100 dollardan aşağı düşüb.

“AzPolitika” xarici KİV-ə istinadla xəbər verir ki, Brent markalı xam neftin fyuçersləri bu səhər bir barel üçün 14,09% azalaraq 93,87 dollara, WTI markalı xam neftin fyuçersləri isə 15,16% azalaraq 95,80 dollara enib.

Bununla yanaşı, mütəxəssislər hesab edirlər ki, sülh razılaşması əldə olunsa belə, İran gələcəkdə Hörmüz boğazı ilə bağlı müxtəlif şantajları davam etdirə bilər. Ona görə də neft bazarı Hörmüz boğazına bağlı risklərə məruz qalacaq. Bu da neft qiymətlərinin savaşdan əvvəlki səviyyələrə qayıtması ehtimalını xeyli azaldır.

Xatırladaq ki, Azərbaycanın 2026-cı il büdcəsində neftin bir barelinin qiyməti 65 dollardan götürülüb.

“AzPolitika.info”