İrana qarşı hərbi əməliyyatda atəşkəs elan olunandan sonra bütün tərəflər öz qələbəsini elan etməyə başlayıb. Məğlub isə ortada yoxdur…
“AzPolitika” xəbər verir ki, İran və ABŞ-nin ardınca Birləşmiş Ərəb əmirlikləri də qalib gəldiyini bəyan edib.
Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Ənvər Qarqaş ölkəsinin Yaxın Şərqdəki müharibədə "qalib" olduğu barədə bəyanat yayımlayıb: "BƏƏ səmimi olaraq qaçmağa çalışdığımız müharibədə qalib gəldi və biz suverenliyimizi, ləyaqətimizi qoruyan və xain təcavüz qarşısında nailiyyətlərimizi müdafiə edən möhtəşəm milli müdafiə sayəsində qalib gəldik. Bu gün biz daha böyük təsir gücü, daha dərin anlayış və gələcəyə təsir etmək və formalaşdırmaq üçün daha güclü qabiliyyətlə mürəkkəb regional mənzərəni idarə etmək üçün irəliləyirik. Gücümüz, möhkəmliyimiz və sarsılmazlığımız BƏƏ-nin dirçəliş modelini gücləndirib".
Şərh vermək istəməsək də, Ənvər Qarqaşın optimizminə və "qələbə" xoşbəxtliyinə heyrətlənməmək mümkün deyil.
Xatırladaq ki, dünən gecə Pakistanın vasitəçiliyi ilə ABŞ və İran iki həftəlik atəşkəs elan ediblər. Münaqişə tərəfləri arasında danışıqlar 10 apreldə Pakistanda keçiriləcək.
“AzPolitika.info”

Şərhlər