Əgər İran tərəfi səmimiyyətlə danışıqlar aparsalar, biz razılaşma əldə edə bilərik.
“Associated Press“ xəbər verir ki, bu barədə Macarıstanda səfərdə olan ABŞ-ın vitse-prezidenti Cey Di Vens deyib.
ABŞ-nin vitse-prezidenti Vaşinqton və Tehran arasında əldə olunan 14 günlük atəşkəs razılaşmasını “kövrək” adlandırıb. O bildirib ki, ABŞ Prezidenti Donald Trump sülh danışıqlarında irəliləyiş əldə olunacağını “səbrsizliklə gözləyir”.
“Əgər onlar səmimi niyyətlə danışıqlar aparsalar, biz razılaşma əldə edə bilərik. Danışıqların necə aparılması İrana bağlıdır. Ümid edirəm ki, onlar düzgün qərar verərlər”, - o vurğulayıb.
Vens bildirib ki, Tramp İranla danışıqlar aparacaq ABŞ nümayəndələrinə səmimi niyyətlə davranmalarını tapşırıb və o, danışıqlarda irəliləyişlər üçün səbirsizdir.
“Yox əgər iranlılar da belə etməsələr, onda onlar ABŞ Prezidentinin onunla zarafat etməyi xoşlamayan birisi olduğunu anlayacaqlar”, - Vens xəbərdar edib.
Vensin sözlərinə görə, tərəflər arasında növbəti danışıqların aprelin 10-da Pakistan ərazisində keçirilməsi mümkündür.
ABŞ vitse-prezidenti qeyd edib ki, Donald Tramp öz komandasına danışıqlara “vicdanla” yanaşmaq tapşırığı verib və Vaşinqton eyni yanaşmanı İrandan da gözləyir. Onun fikrincə, yalnız bu halda razılaşmaya nail olmaq mümkündür.
“AzPolitika.info”

Şərhlər