ABŞ ilə İran arasında əldə olunduğu bildirilən iki həftəlik şərti atəşkəs razılaşmasının arxasında Hörmüz boğazından keçən gəmilərdən yüksək məbləğdə ödəniş alınması planının dayandığı iddia olunur.
Xarici KİV-lərdə yer alan məlumatlara görə, razılaşma çərçivəsində İran və Oman Hörmüz boğazından keçən hər bir gəmidən 2 milyon dollara qədər keçid haqqı tətbiq edə bilər. Bu addımın, xüsusilə Bəhreyndə yerləşən ABŞ Hərbi Dəniz Qüvvələrinin 5-ci Donanmasının bölgədəki fəaliyyət imkanlarını ciddi şəkildə məhdudlaşdıra biləcəyi qeyd edilir.
ABŞ mediasının yazdığına görə, Tehran Vaşinqtona iki əsas şərt irəli sürüb:
- Hörmüz boğazından keçən bütün gəmilərdən ödəniş alınması;
- ABŞ hərbi qüvvələrinin regiondan tam çıxarılması.
Diplomatik mənbələr bildirir ki, əgər ABŞ bu sistemə daxil olub ödəniş etməli olsa, bu, onun bölgədə hərbi manevr imkanlarını əhəmiyyətli dərəcədə zəiflədə bilər.
Bəsra körfəzi, Oman körfəzi və Qırmızı dənizi əhatə edən geniş ərazidə fəaliyyət göstərən ABŞ-nin 5-ci donanmasının bu yeni qaydalara necə reaksiya verəcəyi hələlik qeyri-müəyyəndir.
"AzPolitika.info"

Şərhlər