Menu

Qətər İrandan kompensasiya tələb edir - BMT-yə müraciət etdi

08.04.2026, 17:57
Qətər İrandan kompensasiya tələb edir - BMT-yə müraciət etdi

İran onun hücumları nəticəsində dəyən ziyana görə kompensasiya ödəməlidir.

“AzPolitika” xəbər verir ki, Qətər Xarici İşlər Nazirliyinin bəyanatında belə deyilir.

Qətər Birləşmiş Millətlər Təşkilatına rəsmi müraciət edərək, İranın Qətər ərazisinə edilən dron və raket hücumlarına görə hüquqi və maliyyə cəhətdən məsuliyyət daşıdığını bildirib.

Rəsmi Doha qeyd edir ki, Tehran "bu hərəkətlər nəticəsində Qətər dövlətinə dəyən bütün zərərlərə görə kompensasiya ödəməlidir".

“AzPolitika.info”

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol