Menu

Şahbaz Şərif də atəşkəsin pozulduğunu açıqladı

08.04.2026, 18:38
Şahbaz Şərif də atəşkəsin pozulduğunu açıqladı

Münaqişə zonası boyu bir sıra yerlərdə atəşkəsin pozulma halları qeydə alınıb.

Bu barədə Pakistanın Baş naziri Şahbaz Şərif “X” hesabında yazıb.

O, tərəfləri atəşkəsə əməl etməyə çağırıb.

“Bu, sülh prosesinin ruhunu zədələyir. Diplomatiyanın münaqişənin sülh yolu ilə həllində aparıcı rol oynaya bilməsi üçün bütün tərəfləri razılaşdırıldığı kimi, iki həftə ərzində təmkinli olmağa və atəşkəsə riayət etməyə çağırıram”, - o qeyd edib.

Qeyd edək ki, atəşkəsi pozan yenə İsrail rejimidir. İsrailin Livanın müxtəlif bölgələrinə bugünkü hücumu nəticəsində yüzlərlə insan ölüb.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol