Menu

Naxçıvanda Ombudsman haqqında qanun ləğv ediləcək

08.04.2026, 21:48
Naxçıvanda Ombudsman haqqında qanun ləğv ediləcək

“Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanunu ləğv ediləcək.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının aprelin 10-da keçiriləcək beşinci iclasının gündəliyinə daxil edilib.

Belə ki, iclasda “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında” Naxçıvan Muxtar Respublikasının Qanununun ləğv edilməsi barədə” Naxçıvan Muxtar Respublikasının Qanun layihəsi müzakirə ediləcək.

Şərhlər

Hüquqşünas 2026-04-12 17:13:07

Ombudsman ola bilsin ki,demokratik ölkələr üçün lazım olan işlək qurumdur.Ancaq Azərbaycanın bu günkü idarəçiliyində bu qurub boş,mənasız ,işlək olmayan, inert,artıq vəsait yeyən qurum olduğundan ləğv edilməlidir.

miri 2026-04-09 05:04:05

bu iş Azərbaycanın özündə də ləğv olunsa yaxşı olar.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol