Menu

Livanda milli matəm elan olunub

09.04.2026, 09:06
Livanda milli matəm elan olunub

Livanda İsrailin hücumları nəticəsində həlak olanların xatirəsinə 9 aprel milli matəm günü elan edilib.

APA xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nəvaf Salam sərəncam imzalayıb.

Məlumata görə, hücumlar nəticəsində 254 nəfər həlak olub.

Dövlət qurumları, ictimai təşkilatlar və bələdiyyələr bağlanacaq, ölkə üzrə bayraqlar endiriləcək.

Eyni zamanda radio və televiziya proqramlarında dəyişikliklər ediləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol