Bu gün səhər saatlarında Kərəc, Əhvaz və Şiraz da daxil olmaqla, İranın bir neçə şəhərində partlayışlar və hərbi əməliyyatlar qeydə alınıb.

Sakinlər səhər tezdən partlayış səsi eşitdiklərini bildiriblər. Partlayışlar Mehrşəhr və Məhəmmədşəhrdə də hiss olunub.

Xuzistan əyalətində də yerli sakinlər neftlə zəngin cənub-qərb əyalətinin əsas şəhərində səhər saatlarında iki nisbətən güclü partlayış səsi eşitdiklərini deyiblər.

Şirazda isə səhər saat 5 radələrində ardıcıl bir neçə partlayış baş verib.

"AzPolitika.info"