Menu

Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

09.04.2026, 20:04
Sabah Bakının 3 rayonunda qaz kəsiləcək

Aprelin 10-da Bakının üç rayonunun bəzi ərazilərində qaz təchizatın dayandırılacaq.

Bu barədə  Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Sabunçu, Suraxanı və Xəzər rayonlarındakı qaz xətləri üzərində təmir işləri aparılacaq.

Bununla əlaqədar saat 10:00-dan etibarən Zığ, Pirşağı, Şağan və Buzovna qəsəbələrinin, Quşçuluq yaşayış massivinin, Ramanı Südçülük Sovxozunun, E.Məhərrəmov küçəsinin, Sosial evlərin və Maştağa qəsəbəsi, Daş Karxanasının bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol