ABŞ NATO-dan çıxsa, Avropanın təhlükəsizliyi tamamilə Avropa İttifaqının özündən asılı olacaq, lakin Avropa hazırkı formada bunu təmin edə bilməz.
“AzPolitika” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski "The Rest Is Politics"ə verdiyi müsahibədə deyib.
"Bizə güclü ölkələr lazımdır: Böyük Britaniya, Ukrayna, Türkiyə və Norveç. Birlikdə onların orduları Rusiyadan daha güclüdür. Ukrayna və Türkiyə olmadan Avropa Rusiya ilə müqayisə edilə bilməz. Bu dörd ölkə ilə dənizlərə nəzarət edə, səmanı müdafiə edə və böyük quru qüvvələrinə sahib ola bilərik", - deyə Prezident vurğulayıb.
O qeyd edib ki, söhbət hücum əməliyyatlarından getmir, lakin Avropa Rusiyanın 2030-cu ilə qədər 2,5 milyonluq ordu yaratmaq planlarını nəzərə almalıdır: "Avropa təhlükəsizlik və müstəqillik haqqında düşünməlidir. Təhlükəsizlik birinci, iqtisadiyyat ikinci yerdədir".
“AzPolitika.info”

Şərhlər