Martın sonlarından bu günə qədər Zabrat-Maştağa yolunda nəqliyyatın hərəkəti iflic vəziyyətdədir.
Bu barədə yerli sakinlərin “AzPolitika”ya göndərdikləri video müraciətdə bildirilir. Qeyd olunur ki, güclü yağışlardan sonra yolda keçilməz gölməçələr yaranıb, nəticədə ətraf qəsəbələrə hərəkət müşkül hala gəlib.
Sakinlərin sözlərinə görə, aidiyyatı qurumlar pompalar vasitəsi ilə yola toplanan sel sularını yaxınlıqdakı bataqlığa vursalar da, nəticəsi olmayıb. Qısa müddət sonra yenidən Zabrat-Maştağa yolu keçilməz hala düşüb. Bunun səbəbi suyun boşaldıldığı bataqlığın səviyyəsinin adıçəkilən yoldan daha hündürlükdə yerləşməsidir.
Sakinlər “AzPolitika” vasitəsi ilə aidiyyatı qurumlara müraciət edərək, onları nəqliyyatın hərəkətini bərpa etməyə çağırıblar.
Rasim
“AzPolitika.info”

Şərhlər
Zabrat Maştağa yolu həmişə bataqlıq olur görək olur nə qədər ki kanalizasiya sistemi yoxdur elə belə də olacaq mənim fikrimcə bu sistem kanalizasiya çəkməyəcək buna xərclənən vəsaiti aparıb xərcləyəcəklər
Nə qədər ki, iri ranqlı məmurlar birbəbir divana çağırılıb -sən bu pulu hardan almısan sorusu ilə yarqılanmır biz bu vəziyyətdə də qalacağıq.