Menu

Geyim mağazasının fəaliyyəti dayandırılıb

10.04.2026, 14:02
Geyim mağazasının fəaliyyəti dayandırılıb

Sumqayıtda geyim mağazasının fəaliyyəti dayandırılıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Sumqayıt şəhəri, 43-cü məhəllə ünvanında yerləşən "Tinderyol Baku" geyim mağazasında keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində bir sıra nöqsanlar aşkar edilib.

Yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş mağazanın fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub və sənədin bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.

Şərhlər

RAHIM 2026-04-11 18:30:50

NECƏ OLURKİ AÇILIŞINA QADAĞA, QƏYULMADI NEÇƏ VAXTDIR İŞLƏYİR, İNDİ QADAĞA QOYULUR?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol