Menu

İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində azı 8 nəfər ölüb

10.04.2026, 18:44
İsrailin Livana endirdiyi hava zərbəsi nəticəsində azı 8 nəfər ölüb

İsrail Hərbi Hava Qüvvələrinin ölkənin cənubundakı Nəbatiyə şəhərinə endirdiyi zərbə nəticəsində Livan təhlükəsizlik qüvvələrinin azı 8 əməkdaşı ölüb.

Bu barədə "Report" NNA agentliyinə istinadən xəbər verir.

Məlumata görə, zərbə yerli administrasiya binasına endirilib. Xilasetmə işləri davam edir və qurbanların sayı arta bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol