Vladimir Putinin Pravoslav Pasxa bayramını qeyd etmək üçün 32 saatlıq atəşkəs elan etməsindən qısa müddət əvvəl Rusiya ordusu Ukraynanın Odessa şəhərini vurub.
“AzPolitika” xəbər verir ki, Odessa Şəhər Hərbi Administrasiyasının rəhbəri Sergey Lısakın sözlərinə görə, Rusiya ordusu ötən gecə Odessaya zərbə endirərək, iki nəfəri öldürüb, iki nəfəri yaralayıb. Onlarla şəxsi və çoxmənzilli bina, yataqxana və uşaq bağçası binası zərər görüb.
Sumıya da zərbə endirilib. Burada 14 mülki şəxs yaralanıb. Onların əksəriyyəti yaşlı insanlar olub.
Kremlin elan etdiyi və Kiyevin də qoşulduğu atəşkəs şənbə günü Bakı vaxtı ilə saat 17:00-da qüvvəyə minəcək və 12 aprel bazar günü bitənə qədər davam edəcək.
“AzPolitika.info”
— Newsfeed (@Newsfeed883920) April 11, 2026

Şərhlər
2ci dünya müharibəsindən hüquqən dünyəv ən ədalətli-güclü kimi çıxmış siyasi Kremlin (naməlum-guya özəl-islahatçı?) separat (şübhəli) sövdələşmələri elə 1987ci ildən əski SSRİnin daxilində də davamlı *Hərbi-Atəşlər püskürən Əjdəha* kimi təzahürə başlayıb və özəı, ya siyasi (kəskinliklə anti-hüquqi) diplomatiyasında *yanılmış*, tam uduzmuş Kreml hələ və yenə də Hərbi Zoru ilə hüquqi bərabərliyə çalışır???