Milli Məclisin I və II çağırış deputatı, AMİP-in qurucularından və rəhbərlərindən biri Şadman Hüseynovun oğlu Şaiq Hüseynov vəfat edib.
"AzPolitika" xəbər verir ki, bu barədə onun yaxınları məlumat veriblər.
Şaiq Hüseynov 2014-cü ildə dələduzluqda təqsirli bilinərək 10 il müddətinə azadlıqdan məhrum edilmişdi.
O, həbsdən əvvəl Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin Xətai Rayon Şöbəsində icra məmuru olub.
Allah rəhmət eləsin.
"AzPolitika.info"

Şərhlər