Menu

"ABŞ-İran razılaşması 15 günə mümkün deyil” - Hakan Fidan

13.04.2026, 15:32
"ABŞ-İran razılaşması 15 günə mümkün deyil” - Hakan Fidan

Bu gün Türkiyənin xarici işlər naziri Hakan Fidan ABŞ-İran danışıqlarının gedişinə dair açıqlama verib.

Fidan bildirib ki, hazırda müzakirə olunan mövzular nəzərə alındıqda, 15 gün ərzində hərtərəfli razılaşmanın əldə olunması texniki baxımdan real görünmür.

Onun sözlərinə görə, tərəflər müəyyən irəliləyiş əldə edərsə, danışıqların davam etdirilməsi üçün əlavə atəşkəs müddətinin gündəmə gəlməsi mümkündür.

“Əgər tərəflər yaxşı irəliləyiş əldə etsələr, bu müddət 45 gün, hətta 60 günədək uzana bilər”, – deyə H.Fidan qeyd edib.

"AzPolitika.info"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol