Menu

“Neftimiz günə 25 min barrel azalır” – 5 ildə 7 milyon ton fərq var

13.04.2026, 15:40
“Neftimiz günə 25 min barrel azalır” – 5 ildə 7 milyon ton fərq var

“Azərbaycanda I rübdə neft hasilatı 300 min tondan çox azalıb. Bu, günə ortalama təqribən 25 min barrel azalma deməkdir. Bu temp saxlanılsa, ilin sonunda 1.2 mln ton azalma ola bilər”.

“AzPolitika” xəbər verir ki, bu barədə Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban bildirib.

Ekspert xatırladır ki, 2025-ci ildə Azərbaycanda neft və kondensat hasilatı il ərzində 1,4 mln ton azalmışdı. “Ümumiyyətlə, 2020-2025-ci illərdə Azərbaycanda əmtəəlik neft hasilatı 7 mln. ton azalıb. Beləliklə, orta illik azalma tempi 1,17 mln. tondur”, - o qeyd edib.

İqtisadçı vurğulayır ki, I rübdə azalma özünü kondensat hasilatında da göstərib. Onun sözlərinə görə, “Şahdəniz” və “Abşeron” yataqlarında qaz hasilatı kiçik artım nümayiş etdirsə də, maye karbohidrogen hasilatı azalıb.

“Baş nazir Əli Əsədovun yanında aprelin 7-də neft-qaz sektoruna dair iclas keçirilmişdi. Ümumi cümlələr və tapşırıqlar verilməsi qeyd edilmişdi. Bir dənə rəqəm, problemlərin olub olmaması göstərilməmişdi. Nazirlər Kabinetinin açıqlamasından bunu təyin etmək mümkün olmurdu”, - İlham Şaban bildirib.

“AzPolitika.info”

Şərhlər

Beybars 2026-04-14 22:20:07

Bu məmləkətə neft lazım deyil

ƏNHU 2026-04-13 22:51:04

Axı, prezident deyib ki, nefti unudun. Niyə unutmursunuz? Nə vaxta qədər müftə pul yerdən fantan vuracaq sizsə yeyib yatacaqsınız.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol