Türkiyənin “NetWork”, “Club” və “Oxxo” geyim brendlərinin bütün mağazaları 2026-cı ildə Rusiyada zərərlə işləyir. Bu səbəbdən onlar bağlanacaq. Eləcə də başqa bir türk şəbəkəsi olan “Mudo”-nun 10 mağazası bağlanıb.
“AzPolitika” xəbər verir ki, bu barədə "Kommersant" qəzeti məlumat yayıb.
Türk milyarder Hüsnü Özyeginin “Fiba Retail Group” şirkətinə məxsus Rusiyadakı bu brendlər ötən il 716,3 milyon rubl xalis zərər edib. Ukraynadakı müharibədən əvvəl “Fiba” Rusiyada “GAP” və “Marks & Spencer” brendlərini inkişaf etdirib. Bu brendlər 2022-ci ilin fevral ayında ölkədən çıxdıqdan sonra Rusiyada Türk brendlərini yaymağa başlayıb.
Daha əvvəl, Türkiyənin "Les Benjamins" və "Karaca Home" brendləri də Rusiyadakı mağazalarını bağlayıblar.
“AzPolitika.info”

Şərhlər