“İran zəng edərək razılaşma əldə olunmasını istəyir”.
Bunu ABŞ Prezidenti Donald Tramp deyib.
O, bildirib ki, ABŞ Silahlı Qüvvələrinin Hörmüz boğazındakı blokadası davam edir.
"Biz İranın bütün dünyanı şantaj etməsinə və ya qorxutmasına imkan verə bilmərik, çünki onlar məhz bununla məşğuldurlar. Biz buna yol verməyəcəyik... Elə indi, biz sizinlə danışarkən bir çox gəmi ən yaxşı neftlə öz ehtiyatlarını doldurmaq üçün ölkəmizə (ABŞ - red.) istiqamətlənir. Tamamilə mümkündür ki, hər şey daha tez həll olunsun", - o bildirib. (report)

Şərhlər