Rusiyada qatı müharibə tərəfdarı və separatçı olan daha bir “Z-bloqer” - Aleksandr Vaskovski saxlanılıb.

“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, böyük sayda abunəçisi olan Vaskovski hakim “Vahid Rusiya” partiyasını, qondarma "DNR" rəhbərliyini və Ramzan Kadırovu tənqid edib.

O, hakimiyyətin müharibə üçün tələbə cəlbetmə kampaniyasının uğursuzluğundan yazıb. Hökuməti tənqid edən Vaskovski iddia edib ki, "pilotsuz qüvvələr" üçün planlaşdırılan kampaniyaya qoşulanlar əsasən akademik göstəriciləri zəif və qovulma riski altında olan tələbələrdən ibarətdir. Bu arada, universitetlərə tələbələrinin ən azı 2%-ni orduya göndərmək tapşırılıb.

Nəticədə o, ordunu “gözdən salmaqda” ittiham olunaraq Sankt-Peterburqda saxlanılıb.

Aleksandr Vaskovski 2014-cü ildə separatçıları dəstəkləyib və qondarma "DNR”-in “deputatı” olub. Minsk sazişlərinin imzalanmasından sonra Rusiyaya qaçıb.

“AzPolitika.info”