Menu

Kreml Rusiyada internetin nə vaxt tam bərpa olunacağını açıqlayıb

14.04.2026, 14:47
Kreml Rusiyada internetin nə vaxt tam bərpa olunacağını açıqlayıb

Rusiyada internet məhdudiyyətləri artıq onlara ehtiyac qalmadıqda, aradan qaldırılacaq.

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Rusiyada internet xidməti təhlükəsizlik tədbirlərinə artıq ehtiyac qalmadıqda, tam bərpa olunacaq.

Peskov qeyd edib ki, internet və sosial media məhdudiyyətləri təhlükəsizlik səbəbləri ilə tətbiq olunur və rusiyalılarin əksəriyyəti bu cür tədbirlərin məqsədyönlülüyünü anlayırlar.

Kremlin sözçüsü bu cür tədbirlərin keçmişə qayıtmaq olmadığını vurğulayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol