Menu

Vaşinqtonda İsrail ilə Livan arasında danışıqlar başlayıb

14.04.2026, 19:54
Vaşinqtonda İsrail ilə Livan arasında danışıqlar başlayıb

Vaşinqtonda ABŞ-nin vasitəçiliyi ilə keçirilən İsrail və Livan danışıqları başlayıb.

"Report" xarici mediaya istinadən xəbər verir ki, bu, Livan və İsrailin 1993-cü ildən bəri ilk belə təmaslarıdır.

Vaşinqtondakı danışıqlarda ABŞ tərəfini dövlət katibi Marko Rubio, Dövlət Departamentinin müşaviri Mayk Nidhem və ABŞ-nin Livandakı səfiri Mişel İssa təmsil edir.

İsrail və Livan nümayəndə heyətlərini isə ABŞ-dəki səfirlər Nada Həmmadə-Müavvəd və Yexiel Layter təmsil edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol