Menu

Andaman dənizində qaçqınlarla dolu gəmi qəzaya uğrayıb - Yüzlərlə insan itkin düşüb

14.04.2026, 21:43
Andaman dənizində qaçqınlarla dolu gəmi qəzaya uğrayıb - Yüzlərlə insan itkin düşüb

Andaman dənizinin Banqladeş sahilləri yaxınlığında gəmi qəzası nəticəsində qadınlar və uşaqlar da daxil olmaqla azı 250 nəfər itkin düşüb.

"Report" xəbər verir ki, bu barədə "Dhaka Tribune" nəşri məlumat yayıb.

Məlumata görə, gəminin sərnişinləri Rohinca qaçqınları, eləcə də Banqladeş vətəndaşları olub. Gəmi Banqladeşin cənubunda yerləşən Teknaf bölgəsindən yola düşüb və Malayziya istiqamətində irəliləyib. İlkin məlumata görə, qəzaya səbəb gəminin həddindən artıq yüklənməsi, güclü külək və fırtına şəraiti olub.

Hazırda axtarış-xilasetmə əməliyyatı aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol