Menu

UEFA Çempionlar Liqası: İlk yarımfinalçılar bəlli olub

15.04.2026, 08:19
UEFA Çempionlar Liqası: İlk yarımfinalçılar bəlli olub

UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinin ilk iştirakçıları bəlli olub.

"Report" xəbər verir ki, buna 1/4 final mərhələsinin cavab görüşlərində aydınlıq gəlib.

İlk oyun günündə 2 qarşılaşma baş tutacaq. İspaniya klublarının duelində "Atletiko" öz meydanında "Barselona"ya məğlub olub: - 1-2. Xatırladaq ki, Madrid təmsilçisi səfərdəki ilk matçda rəqibini 2:0 hesabı ilə məğlub edib.

Günün digər görüşündə isə İngiltərənin "Liverpul" klubu PSJ-yə (Fransa) məğlub olub: 0-2. Xatırladaq ki, Parisdəki ilk oyunda da Fransa təmsilçisi 2:0 hesablı qələbə qazanıb.

UEFA Çempionlar Liqası

1/4 final, cavab oyunları

14 aprel

23:00. "Atletiko" (İspaniya) - "Barselona" (İspaniya)

İlk oyun - 2:0.

23:00. "Liverpul" (İngiltərə) - PSJ (Fransa)

İlk oyun - 0:2.

Qeyd edək ki, 1/4 final mərhələsinə bu gün yekun vurulacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol