Menu

"ABŞ İranın infrastrukturunu bir saat ərzində məhv edə bilər" - Tramp

15.04.2026, 18:02
"ABŞ İranın infrastrukturunu bir saat ərzində məhv edə bilər" - Tramp

ABŞ İranın infrastrukturunu bir saat ərzində məhv edə bilər, lakin belə addımlara əl atmaq istəmir.

Bunu ABŞ Prezidenti Donald Tramp “Fox Business” telekanalına müsahibəsində bildirib.

“Məsələn, biz bir saat ərzində onların bütün körpülərini dağıda, bütün elektrik stansiyalarını məhv edə bilərik. Amma biz bunu etmək istəmirik, çünki bir gün onları bərpa etmək lazım olacaq. Bir körpünün bərpası 10 il çəkir. Hətta siz Tramp olsanız belə, bu çox vaxt aparır. Elektrik stansiyaları ilə bağlı da eyni vəziyyətdir. Görək nə baş verəcək”, – o vurğulayıb.

Tramp qeyd edib ki, əgər İran nüvə silahına sahib olarsa, uzun müddət mövcud ola bilməyəcək, çünki ABŞ ona zərbə endirəcək. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol