Menu

Tramp İranla müharibədə ABŞ-a dəstək verməyən ölkələrə xəbərdarlıq edib

15.04.2026, 18:42
Tramp İranla müharibədə ABŞ-a dəstək verməyən ölkələrə xəbərdarlıq edib

ABŞ Prezidenti Donald Tramp növbəti dəfə NATO-nu tənqid edib.

Tramp “Fox Business” telekanalına müsahibəsində İranla müharibədə ABŞ-a dəstək verməyən ölkələrin bunun nəticələri ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.

“Əgər onlar bizimlə olmayacaqlarsa, niyə biz hər il NATO-ya milyardlarla dollar xərcləyirik? Əgər onlar İran məsələsində bizimlə deyillərsə, deməli İranla müqayisədə daha böyük məsələdə də bizimlə olmayacaqlar”, - ABŞ lideri qeyd edib. /Apa

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol