Menu

Ermənistan hava məkanını bağlayır

15.04.2026, 21:13
Ermənistan hava məkanını bağlayır

Ermənistanın hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları 3 gün qadağan ediləcək.

Bu barədə Ermənistan Mülki Aviasiya Komitəsi məlumat yayıb.

“3-5 may 2026-cı il tarixlərində Ermənistanda keçirilməsi planlaşdırılan genişmiqyaslı tədbirləri (8-ci Avropa Siyasi Birliyinin Zirvə Toplantısı, Ermənistan-Aİ Sammiti və Yerevan Dialoqu) və bu tədbirlərdə iştirak edəcək çoxlu sayda xarici nümayəndə heyətini nəzərə alaraq, təhlükəsizlik baxımından hava məkanında ümumi aviasiyanın bütün növlərinin, o cümlədən mülki pilotsuz uçuş aparatlarının uçuşları qadağandır”, - bəyanatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol