Menu

Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2 dəfədən çox artıb

16.04.2026, 09:28
Azərbaycanın neft məhsullarının ixracından gəlirləri 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycan 130 938,65 min ABŞ dolları dəyərində 187 341,29 ton neft məhsulları ixrac edib.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, hesabat dövründə Azərbaycanın ixrac etdiyi neft məhsullarının dəyəri 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,3 dəfə, həcmi isə 53,1% çox olub.

Qeyd edək ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.

Şərhlər

Mühasib 2026-04-16 10:41:10

Gəlir iki dəsə arıbsa o zaman əhalinin yaşayış səviyyəsi niyə iki dəfədən çox aşağı düşüb? Bu gəlirlər hara gedib? Paradoks deyilmi? Bu sualı kim açıqlayar?Pular hara gedir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol