Dünən Türkiyənin Kahramanmaraş bölgəsində məktəbə silahla basqın edərək 9 nəfəri öldürən 8-ci sinif şagirdi İsa Aras Mersinlinin bu hücumu 11 apreldə planlaşdırdığı ortaya çıxıb.

Bu barədə Kahramanmaraş Baş Prokurorluğu, 8-i uşaq olmaqla 9 nəfərin həyatını itirdiyi hücumla bağlı açıqlama verib.

Bəyanatda 1 müəllim və 8 şagirdin öldüyü və hücumda istifadə edilən silahların cinayətkarın polis əməkdaşı olan atasına aid olduğu açıqlanıb.

Baş Prokurorluğun açıqlamasında aşağıdakılar ifadələr yer alıb:"Cinayətkarın evində axtarış zamanı onun şəxsi kompüteri və mobil telefonu müsadirə edilib və rəqəmsal materialların araşdırılması zamanı cinayətkarın kompüterində yaxın gələcəkdə böyük bir akt həyata keçirəcəyini göstərən 11/04/2026 tarixli sənəd tapılıb. Mövcud dəlillərə əsasən, aktla bağlı heç bir terror əlaqəsi müəyyən edilməyib və aktın cinayətkar tərəfindən törədilmiş şəxsi akt olduğu qənaətinə gəlinib".

"AzPolitika.info"