Menu

"Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik" - Şahin Mustafayev

16.04.2026, 14:35
"Biz Rusiya ilə münasibətlərdə bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqik" - Şahin Mustafayev

Azərbaycan Rusiya ilə münasibətlərdə yaxşı qonşuluq, qarşılıqlı anlaşma və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərinə sadiqdir.

"Report"un Zəngilana ezam olunmuş müxbiri xəbər verir ki, bunu Baş nazirin müavini Şahin Mustafayev Azərbaycan-Rusiya Hökumətlərarası Dövlət Komissiyasının 24-cü iclasında bildirib.

O qeyd edib ki, hər iki ölkənin prezidenti strateji kursu müəyyən edir, əsas istiqamətləri təyin edir və bütün sahələr üzrə qarşılıqlı əlaqələrin dərinləşdirilməsinə lazımi təkan verirlər: "Biz əminik ki, münasibətlərimiz bundan sonra da 2022-ci il Bəyannaməsinə uyğun olaraq dostluq, qarşılıqlı etibar və müttəfiqlik qarşılıqlı əlaqəsi ruhunda inkişaf edəcəkdir. Bu kontekstdə Azərbaycan və Rusiya Prezidentlərinin keçən il oktyabrın 9-da Düşənbədə görüşünün nəticələri xüsusi əhəmiyyət kəsb edib ki, bu görüş ikitərəfli əməkdaşlığın yeni səhifəsini açmış və onun inkişafının gələcək prioritetlərini müəyyənləşdirib".

Şərhlər

Həsən 2026-04-16 20:21:17

Tutaq ki, Siz sadiqsiniz, bəs Rusiya ? Axı hamı Azərbaycanda 5-ci kolonun fəaliyyətlərindən xəbərdardır.Bəs bu boş sözlərin mənası nədir?

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol