Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana başsağlığı məktubu göndərib.
Məktubda deyilir:
"Əziz Qardaşım.
Kahramanmaraşda yerləşən məktəbə silahlı hücum nəticəsində əksəriyyəti uşaq olmaqla çox sayda insanın həlak olması və yaralanması xəbərini dərin sarsıntı və kədər hissi ilə qarşıladıq.
Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, uşaqlara qarşı yönəlmiş bu qəddarlıq əməlini qətiyyətlə pisləyirik.
Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, səbir diləyir, yaralananların tezliklə sağalmasını arzulayıram.
Allah rəhmət eləsin!"

Şərhlər
Qardaş Türkiyədə orta okul məkteblerinde baş veren qanlı faciəni, Azərbaycan vətəndaşları olaraq bizlər də dərin kədər hissi ilə qarşıladıq. Bu səbəbdən də qardaş ölkəyə, xüsusən də bu qanlı faciədə evlardlarını kayb edənlərə dərin hüzünlə başsağlığı verir, allahdan rəhmət. ailələrinə səbrlər diləyirik. Qaldı bu faciənin baş vermə səbəblərinə, təbii ki, artıq dövlət özü hərəkətə keçməli, gələcəkdə belə hadisələrin baş verməməsi üçün, bütün tədbirlər ələ alınmalıdır. Hələ bir nüçə il öncə bir ərəb siyasi eksperti (adını unutdum) öncədən bununla bağlı həyacanı təbilini çalmışdı. O öz çıxışında sayın Erdoğana müraciət edərək bilidirmişdir ki, sayın Erdoğan " fikirləşməyin ki, Sizlər və bizlər evladlarımıza və torunlarımıza tərbiyəni özümüz veririk. Xeyir, artıq onlara tərbiyəni "akıllı" telefonlara və internet şəbəkələrinə məlum olmayan mənbəələrdən yerləşdirilmiş müxtəlif oyunlar və parnaqrafik proqramlar verir. Unutmayaq ki yeni nəsillər fəlakətlərə sürüklənir". Bu da nəticəsi. Təbii ki, bu sözlər təkcə Türkiyə üçün deyilməmişdir. Bu hər birimizə deyilmişdir. Ona görə də Azərbaycan özü də bu teraktdan nəticə çıxarmalı, ölkədə interkulublar nəzarətə götürülməli, bəlli yaş həddinə kimi uşaqların o klublara getmələri yasaklanmalıdır. Telefonlardakı bəzi proqramlar da həmçinin. Eyni zamanda məktəblərə giriş və çıxışların təhlükəsizliyi baxımindan, mühafizəsi gücləndirilməlidir. İnşallah aidiyyatı dövlət qrumlarımlz nəticə çıxarıb da hərəkətə keçərlər.