Menu

Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər

16.04.2026, 23:19
Şahbaz Şəriflə İshaq Dar Türkiyədə səfərdədirlər

Pakistanın Baş naziri Şahbaz Şərif və xarici işlər naziri Məhəmməd İshaq Dar 5-ci Antalya Diplomatiya Forumunda (ADF) iştirak məqsədilə Türkiyədə səfərdədirlər.

"Report" xəbər verir ki, bu barədə İshaq Dar "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Səmimi qarşılama və türk qonaqpərvərliyinə görə minnətdarıq", - nazir bildirib.

Pakistanın xarici işlər naziri qeyd edib ki, ADF çərçivəsində maraqlı görüşlər gözlənilir: "Panel müzakirələri, həmkarlarla görüşlər və əsas regional, qlobal problemlər üzrə konstruktiv fikir mübadiləsi ilə dolu bir proqramımız var".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol